Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Gəncə İdman Klubu müxtəlif yardım aksiyaları keçirir.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən yardım askiyalarında Gəncə İdman Klubu tərəfindən bu vaxta kimi 200-ə yaxın aztəminatlı ailələyə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanıb.
Yaxın günlərdə daha 50 aztəminatlı ailəyə yardım paylanacaq.
Qeyd edək ki, Gəncə İdman Klubu sosial məsuliyyətini dərk edərək, daim həssas əhali qrupuna, o cümlədən aztəminatlı ailələrə dəstək göstərir. Gəncə İdman Klubu bundan sonra da yardıma ehtiyacı olan insanlara dəstək olmağa davam edəcək.