Gəncə İdman Klubunun idmançısı şəhidlik zirvəsinə ucalıb

Gəncə İdman Klubunun cüdo bölməsinin idmançısı Hüseynov Röyan Sübhan oğlu ölkəmizdə gedən Qarabağın azadlığı uğurunda Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

 Röyan Hüseynov döyüşlərdə böyük qəhrəmanlıq göstərib.

Gəncə İdman Klubunun rəhbəri Elvar Osmanov həmçinin Gəncə şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov şəhidin ailəsinə başsağlığı verib, Allahdan rəhmət diləyiblər.

Allah rəhmət eləsin!
Vətən Sağ olsun !