Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə 13 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında "Gəncə İdman Klubu" İctimai Birliyinin Cüdo bölməsinin idmançısı Tağızadə Elmir 50 kq çəki dərəcəsində bürünc medal qazanıb. Kollektivimiz adından Elmiri və məşqçisini təbrik edir və gələcək yarışlarda da yüksək nailiyyətlər əldə etməsini arzulayırıq.
Turnirin əsas məqsədi Yaponiya-Azərbaycan dostluq əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək, eyni zamanda kiçik yaşlı yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdoçuların yarış təcrübəsinin artırmaq, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.