Gəncə İdman Klubunun və Goranboy komandaları arasında yoldaşlıq görüşü keçiriləcəkdir
9 may 2023-cü ildə saat 14.00 da Voleybol üzrə Gəncə İdman Klubunun və Goranboy komandaları arasında yoldaşlıq görüşü keçiriləcəkdir.
Tədbir Goranboy rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində keçiriləcək. Hər birinizi bu möhtəşəm oyunu izləmək və komandamıza dəstək olmağa dəvət edirik.