Gəncə İdman Klubunun velosipedçiləri yürüş ediblər
Mayın 22-də "Gəncə" idman klubunun velosipedçiləri Sərxan Sadıxov və Elçin Abbasov 250 kilometr məsafəyə yürüş ediblər.
Gəncədən başlayan yürüş Şəmkir, Tovuz, Ağstafa və Qazaxı əhatə edib. Velosipedçilər 14 saat davam edən yürüşü Gəncədə tamamlayıblar.
Yürüş "Gəncə" idman klubunun dəstəyi ilə təşkil olunub.