“Gəncə İdman Klubu” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvar Osmanov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev ilə görüşüb.
Görüşdə klubun gələcək perspektivləri müzakirə olunub, həyata keçiriləcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
Səməd Tomuyeva klubun nailiyyətləri barədə məlumat verilib. Qeyd olunub ki, idmançıların məşq etməsi üçün klubun bazası əsaslı təmir edilir və idman qurğusu beynəlxalq standartlara tam cavab verəcək.
Səməd Tomuyev klubun uğurlarını yüksək qiymətləndirib və gələcəkdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Gənclərin vətənpərvər ruhda böyüməsi və idmana cəlb olunması istiqamətində kluba həmişə dəstək olacaqlarını diqqətə çatdırıb.
Sonda klubun xatirə hədiyyəsi Səməd Tomuyevə təqdim olunub.