Ədalətli
Sağlam
Özünə inam
Çeviklik
Ağıllı
Şüar

İdman bədənin və ruhun fəlsəfəsidir.

Missyamız

İdmanın təşviqi, təbliği və Ölkəmizdə idmanı həyat tərzi olaraq mənimsətmək.

Vizyonumuz

Hər bir İdmancının kluba sədaqətli olmasını, onun ənənələrini yaşatmasını, meydanda və meydandan kənarda şəxsiyyət olmasını təmin etmək!

İş prinsipimiz

Kollektivdə yüksək peşəkarlıq və intizamla müşahidə olunan dostluq münasibətlərini qurub,  İdmancılara vətənpərvərlik ruhunu və qalib psixologiyasını aşılayıb, onlarda idmana sevgi və idmanın prespektivinə inam yaratmaq!

Əsas hədəfimiz

Təşkilati və maddi-texniki bazanın gücləndirilməsi hesabına uşaqları idman məşğuliyyətinə cəlb etməklə onları gələcəkdə  “Gəncə İdman Klubu”nun əsas heyətinə və Azərbaycan milli  komandasına hazırlamaq! 

İnkişaf Strategiyav

Gəncə İdman Klubu bir qrup idmançı tərəfindən yaradılmaş qeyri-hökumət təşkilatıdır və 2020-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınmışdır. Gəncə İdman Klubu ictimai birliyi yaxın bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, federasiyalar, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu gün baş ofisi Gəncə şəhərində yerləşən Gəncə İdman Klubu özünün ciddi və nüfuzlu tərəfdaşlarına, səriştəli kadr potensialına, maddi-texniki bazasına görə regionda tanınmış qeyri-hökumət təşkilatlarından birinə çevrilib.

Dövlətçiliyin, iqtisadiyyatın və sosial sahələrin inkişafı və möhkəmləndirilməsi, şəxsiyyətin harmonik inkişafı gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanması kimi məsələlərin həllinin təmin edilməsində idmanın gündəlik həyatımıza daxil edilməsi kimi aktual tələblər strategiyamızın əsasını təşkil edir.

Hamıya məlumdur ki, idmanda böyük nəticələr güclü hazırlıq tələb edir və hazırlıq prosesi fasiləsiz olmalıdır. Gəncə İdman Klubu ictimai birliyi yüksəs və peşakar səviyyədə idmançıların yetişdirilməsini öz üzərinə götürür.Ən əsası, Gəncə İdman Klubu yüksək hazırlıq keçmək üçün əlverişli, müasir tələblərə cavab verən infrastuktur yaratmışdır.

Sağlam düşüncə və özünüdərkin əsasları ilə formalaşan idmancı fiziki, zehni və ruhən güçlü və iradəli şəxsiyyətə çevrilir. Bu fərdlər sağlam cəmiyyətin formalaşmasında efektiv təsirə malik olur.

Xalqın sağlamlığının təmin edilməsinə, böyüməkdə olan gənc nəslin fiziki cəhətdən sağlam və güclü olmasına, xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınmasına, əhalinin əmək qabiliyyətinin yüksəldilməsinə, dövlətin müdafiə və iqtisadiyyatının möhkəmləndirilməsinə, beynəlxalq aləmdə Azərbaycan idmanının nüfuzunun yüksəldilməsinə yönəlmiş Strategiyamız, çoxsahəlidir və geniş əhatə dairəsinə malikdir.

Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Əlbəttə ki, dövlət vətəndaşların ­idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Gəncə İdman klubu dövlətin idman səhaəsində olan siyasətini dəstəkləyir və aşagıda göstərilən istiqamətlərdə fəaliyyət göstərir.

 

Əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

-          İdman və gənclik

-          İdman və tərəqqi

-          İdman və humanizm

-          İdman və şəxsiyyətin hərtərəfli inkişafı

-          İdman və mədəniyyət

-          İdman və ekologiya

-          İdman və qadın

 

Hədəflərimiz:

-          Əhalinin ayrı-ayrı yaş qrupları və kateqoriyaları arasında bədən tərbiyəsi və idmanın kütləvi inkişafına nail olunması:

1.      Məktəbəqədər yaşlı uşaqlar arasında

2.      Şagirdlər və tələbələr arasında

3.      Əhalinin digər yaş qrupları arasında

4.      Sağlamlıq imkanları məhdud olan insanlar və əlillər arasında

5.      Müharibə veteranları və qazilər arasında

 

Prinsiplərimiz:

a)      Maarifləndirmə prinsipi –idmanın insanlar üçün nə dərəcədə faydalı olması barədə geniş təbliğat işlərinin aparılmasını, onlarda idmanla məşğulluğa həvəs və marağın yaradılmasını qarşıya məqsəd qoyur. Bu prinsip idmanın insanların məişətinə daxil edilməsində xüsusi rol oynayır.

b)      Bərabərlik prinsipi – ölkədə fiziki, əqli və maddi imkanlarından, eləcədə aid olduqları idarə mənsubiyyətindən asılı olmayaraq əhalinin bütün sosial təbəqələri və yaş qruplarına öz bilik və bacarıqlarını reallaşdıra bilmələrinə,həyatlarına müsbət təsir göstərəcək sahələrdə, o cümlədən təhsil və sağlamlıqlarında hərtərəfli uğurlu inkişafa nail olmaları üçün eyni səviyyəli şərait və imkanlar yaradılmasını nəzərdə tutur.

c)      Millilik prinsipi – ölkədə bədən tərbiyəsi və idman hərəkatının təşkili və inkişafında azərbaycan xalqının milli tarixinə, mentalitetinə, adət və ənənələrinə, maraq və arzularına istinad edir.

d)     Beynəlxalq əməkdaşlıq prinsipi –İdman üzrə Azərbaycanın üzv olduğu bütün beynəlxalq təşkilatların həyata keçirdikləri layihələrdə fəal iştirak etmək, təcrübə xarici dövlətlərin ölkəmizdə mövcud olan səfirlikləri, qanuni təmsilçiləri ilə bu sahədə əməkdaşlıqlar etmək.

 

İnkişaf Strategiyanın müddəti:

İdmanın inkişafı üzrə Gəncə İdman Klubunun Strategiyası 5 illik dövrü yəni 2023-2027-ci illəri əhatə edir.

 

Strategiyanın icrasına rəhbərlik, koordinasiyası və nəzarət: Şəhla Qarayeva