Müşfiq Cəfərov
Müşahidə Şurasının Üzvü

Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı.

  • 1999-cu ildən başlayaraq ictimai işlərlə məşğul olub. 20 il ölkə səviyyəsində, 18 il isə beynəlxalq səviyyədə gənclərin vətəndaş cəmiyyətinin inkişafına istiqamətləndirilmiş layihələrin icrasında, o cümlədən, gənclərin məşğulluğunun artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması işində fəallıq göstərib. 60-dan çox ölkədə gənclərlə bağlı müxtəlif forumlarda, konfranslarda, treyninq və seminarlarda iştirak edib. 40-dan çox kiçik və irimiqyaslı layihələrin müəllifi və icraçısı olub.

  • 2000-ci ildə təsis edilmiş "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin (bundan sonra "Birlik") həmtəsisçisidir. 2000–2011-ci illərdə Birliyin idarə heyətinin üzvü, sədr müavini, sədr vəzifələrində çalışıb.

  • 2007-ci ildə İsveçin Malmö şəhərində Avropa Şurasının baş katibi Terri Devis tərəfindən "Fəal Gənc Vətəndaş" Mükafatına layiq görülüb.

  • 2011-ci ilin iyun ayında ABŞ Dövlət Departamentinin "Hubert Hamfri" Proqramı çərçivəsində "Dövlət İdarəçiliyi" üzrə ABŞ-ın Minnesota Universitetinə daxil olub və 2012-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirib. Proqramı uğurla başa vurduğu üçün ABŞ-ın sabiq prezidenti Barak Obama və baş katibi Hillari Klintonun imzası olan sertifikatla mükafatlandırılıb.

  • 2013 - 2020 illərində Gəncə şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinə rəhbərlik etdiyi son 7 ildə gənclər və idman işinin inkişafında həyata keçirdiyi ən böyük layihələr sırasına — Gəncə şəhərinin 2016-cı ilin "Avropa Gənclər Paytaxtı" və 2019-cu ilin "Avropa İdman Şəhəri" daxildir.

  • 2017-ci ilin yanvar ayının 30-da Azərbaycan Respublikasında gənclərlə iş sahəsində əldə etdiyi uğur və nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

  • 2022-cı ildən “Gəncə İdman Klubu” İctimai Birliyi-nin Müşahidə şurasının üzvüdür.