“Gəncə İdman Klubu” İctimai Birliyi-nin loqosu ağ fon üzərində qırmızı qalxan, mərkəzdə isə Gəncə şəhərinin qala divarları, Nizami Gəncəvi məqbərəsi, Cavadxan bayrağı, Azərbaycan bayrağının ay və səkkizguşəli ulduzu əks edilmişdir.

Logoda istifadə edilən Qalxan müdafiə, eləcə də milli simvol məqsədilə istifadə edib, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur.

Logoda istifadə edilən Qırmızı reng liderlik və önderlik xüsusiyyəti daşıyır, fiziki güc və hərəkətliliyin rəmzidir, qırmızı rəng çalışma şövqünü artırır həmcinin toplaşma, cəmləşmə simvolu kimi qəbul edilir. Qırmızı rəngin tanınma, tanıtma əlaməti də vardır. 

Logonun fonunda istifadə edilən Ağ rəng qalibiyyət mənasını əks etdirir, həmcinin ağ sakitləşdirici təsirə malikdir, ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı təmsil edir və insanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir

“Gəncə İdman Klubu” ilk dəfə 2016-cı aprelin 1-də Azərbaycan Respublikası Vergilər "Nazirliyində Məhdud Məsuliyyətli Cəmiyyət" kimi  qeydiyyatdan keçib. Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə töhfə verən klubun idmançıları Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir, həyata keçirilən dövlət idman siyasətinə sadiqlik nümayiş etdirirlər.

“Gəncə İdman Klubu” yalnız Gəncəni deyil, bütün respublikanı əhatə edən klub 2020-ci il oktyabrın 5-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1120-Q74-3850 nömrəli qərarı ilə "İctimai Birlik" kimi qeydiyyatdan keçib. Gəncə İdman Klubu İctimai Birliyi “Gəncə İdman Klubu” MMC-nin hüquqi varisi kimi hazırda fəaliyyətini uğurla davam etdirir.